| Gəmiqayırma və gəmitəmiri kafedrası |
| BaxIş sayI: 550 |
Kafedrada "Gəmiqayırma və gəmitəmiri" ixtisası üzrə bakalavrlar hazırlanır. Kafedranın professor-müəllim heyəti 10 nəfərdir, o cümlədən:
∙ 1 professor, texnika elmləri doktoru; ∙ 4 dosent, texnika elmləri namizədi; ∙ 3 nəfər baş müəllim; ∙ 2 assistent.
Kafedrada müasir avadanlıqlarda təçhiz olunmuş laboratoriyalar və ixtisaslaşdırılmış auditoriyalar fəaliyyət göstərir: gəmi konstruksiyası; gəmi təmiri texnologiyası; materialşünaslıq və konstruksiya materiallarının texnologiyası; metroloqiya və standartlaşdırma; metalkəsən dəzgahlar və alətlər.
İxtisaslaşdırılmış auditoriyalar tədris texniki vəsaitlərlə, maketlərlə, plakatlarla, kinofilmlərlə təçhiz olunmuşdur. Kafedranın «Paris kommunası» adına gəmi təmiri zavodunun bazasında tədris-istehsalat kompleksi vardır.
|
|