Ümumi məlumat
BaxIş sayI: 1512

Azərbaycan Dövlət Dəniz Akademiyası (ADDA) 2000-ci ildə Beynəlxalq Dəniz Təşkilatının (BDT) dəniz təhsili məktəbləri kataloquna 012 sayla daxil edilmişdir.

Akademiyanın «Dəniz texnikası və gəmiçilik» fakültəsində bakalavr pilləsində aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir:

-gəmi sürücülüyü;
-gəmi energetik qurğuları və onların istismarı;
-gəmi elektrik avadanlığı və avtomatikası;
-nəqliyyat (gəmi) radioavadanlığının texniki itstismarı;
-nəqliyyatda daşımaların və idarəetmənin təşkili (su nəqliyyatı üzrə);
-gəmiqayırma və gəmitəmiri.

Akademiyanın 10 kafedrasında 98 müəllim, o cümlədən, 4 professor, elmlər doktoru və 37 dosent, elmlər namizədi, 24 nəfər baş müəllim, 31 assistent, 2 müəllim çalışır.
Akademiyada 4 elmi-tədqiqat laboratoriyası fəaliyyət göstərir.
Akademiya MDB ölkələrinin və digər xarici ölkələrin ali dənizçilik məktəbləri ilə əməkdaşlıq edir. Akademiya Sankt-Peterburq şəhərindəki A. Makarov adına Dənizçilik akademiyası tərkibində fəaliyyət göstərən MDB ölkələrinin dənizçilik ali məktəblərinin tədris-metodiki şurasının üzvüdür. Akademiyada təhsil Azərbaycan Respublikasının təhsil qanununa və Beynəlxalq dənizçilik təşkilatının tövsiyyələrinə əsasən qurulmuşdur.

Hazırda Akademiyada 600 nəfərə yaxın tələbə təhsil alır. Tələbələr tədrislə yanaşı həm də kafedraların elmi-tədqiqat laboratoriyalarının araşdırmalarında iştirak edirlər.

Tədrisin təkmilləşdirilməsi, onun elm və istehsalatla əlaqələrinin möhkəmləndirilməsi prosesi daim diqqət mərkəzindədir.
Professor-müəllim və tələbə heyətinin effektiv fəaliyyəti üçün Akademiyada hər cür şərait yaradılmışdır. Onların təlabatını ödəyən azərbaycan, rus və ingilis dillərində 90 mindən çox dənizçilik peşəsinə aid kitabla təmin olunmuş elmi-texniki kitabxana, kompüter mərkəzi, poliklinika, yeməkxana, idman zalları vardır.

Akademiyada bakalavr hazırlığı üçün 4 il (xarici vətəndaşlar əlavə 9 ay hazırlıq şöbəsində oxumalıdırlar), magistr hazırlığı üçün 2 il vaxt norması nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Nazirlər kabinetinin 8 may 2000-ci il tarixli qərarı ilə Akademiyada «Dənizçilərin hazırlanması və sertifikatlandırılması mərkəzi» fəaliyyət göstərir. Akademiyanın tərkibində «Siravi heyət mütəxəssisləri hazırlama şöbəsi» (Dənizçilik məktəbi) də vardır.

1. «Dəniz texnikası və gəmiçilik» fakultəsi.

1.1 «Gəmi sürücülüyü» kafedrası.

Kafedrada «Gəmi sürücülüyü» ixtisası üzrə bakalavr hazırlanır.
Kafedrada 14 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:
-3 dosent, texnika elmləri namizədi;
-7 nəfər baş müəllim;
- 4 assitent.
Kafedranın tərkibində müasir avadanlıqlarla təmin olunmuş aşağıdakı laboratoriyalar mövcuddur:
-naviqasiya və losiya;
-dəniz astronomiyası;
-elektronaviqasiya cihazları;
-meteorologiya və okeonoqrafiya;
-gəminin idarə olunması;
-trenajor mərkəzi – RADAR.
Kafedranın ixtisaslaşdırılmış auditoriyaları maketlərlə, plakatlarla və kinofilmlərlə təchiz olunmuşdur.
Təhsildə aşağıdakı kompüter tətbiqi proqramlarından istifadə olunur:
«Fəlakət zamanı qlobal dəniz rabitə sistemi», «Gəmilərin toqquşmasının qarşısının alınmasının beynəlxalq qaydaları», «Dəniz astronomiyası», «Heyət» (DHSNG 78/55).

1.2. «Gəmi energetik qurğuları» kafedrası.

Kafedrada «Gəmi energetik qurğuları və onların istismarı» ixtisası üzrə bakalavr hazırlanır.
Kafedrada 12 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:
-4 dosent, texnika elmləri namizədi;
-3 nəfər baş müəllim;
-5 assistent.
Kafedranın tərkibində aşağıdakı tədris laboratoriyaları və ixtisaslaşdırılmış auditoriyalar fəaliyyət göstərir:
-gəmi energetik qurğuları;
-gəmi köməkçi mexanizmləri;
-termodinamika və istilikötürmə;
-gəmi energetik qurğularının avtomatlaşdırılması;
-yağ, yanacaq və suyun istifadə texnoloqiyası;
-gəmi kondensə sistemləri və soyuducu qurğuları;
-gəmi energetik qurğularının diaqnostikası.

1.3. «Gəmiqayırma və gəmitəmiri» kafedrası.

Kafedrada «Gəmiqayırma və gəmitəmiri» ixtisası üzrə bakalavrlar hazırlanır.
Kafedranın professor-müəllim heyəti 10 nəfərdir, o cümlədən:
-1 professor, texnika elmləri doktoru;
-4 dosent, texnika elmləri namizədi;
-3 nəfər baş müəllim;
-2 assistent.

Kafedrada müasir avadanlıqlarda təchiz olunmuş laboratoriyalar və ixtisaslaşdırılmış auditoriyalar fəaliyyət göstərir:

-gəmi konstruksiyası;
-gəmi təmiri texnologiyası;
-materialşünaslıq və konstruksiya materiallarının texnologiyası;
-metroloqiya və standartlaşdırma;
-metalkəsən dəzgahlar və alətlər.

Ixtisaslaşdırılmış auditoriyalar tədris texniki vəsaitlərlə, maketlərlə, plakatlarla, kinofilmlərlə təchiz olunmuşdur.
Kafedranın «Paris kommunası» adına gəmi təmiri zavodunun bazasında tədris-istehsalat kompleksi vardır.

1.4. «Gəmi elektrik avadanlığı» kafedrası.

Kafedra «Gəmi elektrik avadanlığı və avtomatikası» ixtisası üzrə bakalavr hazırlayır.
Kafedrada 11 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:
-1 professor, texnika elmləri doktoru;
-6 dosent, texnika elmləri namizədi;
-2 nəfər baş müəllim;
-2 assistent.

Kafedrada aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

-ümumi elektrotexnika;
-elektrotexnikanın nəzəri əsasları;
-gəmi elektronikası və avtomatikası;
-gəmi elektrik maşınları və elektrik ötürücüləri;
-gəmi elektroenergetik sistemləri və elektrik aparatları.

Tədris prosesində kompüter tətbiqi proqramından Wewba, Wewbd istifadə edilir.

1.5. «Gəmi radioavadanlığı» kafedrası.

Kafedrada «Nəqliyyat (gəmi) radioavadanlığının texniki istismarı» ixtisası üzrə bakalavr hazırlanır.
Kafedrada 9 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:

-1 professor, texnika elmləri doktoru;
-3 dosent, texnika elmləri namizədi;
-4 nəfər baş müəllim;
-1 assistent.

Kafedrada aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

-radionaviqasiya cihazları;
-beynəlxalq radiorabitə;
-gəmi radioelektron avadanlığı;
-«GMDSS» - trenajor mərkəzi.

1.6. «Dəniz nəqliyyatının və iqtisadiyyatı» kafedrası.

Kafedrada «Nəqliyyatda daşımaların və idarəetmənin təşkili (su nəqliyyatı üzrə)» ixtisası üzrə bakalavr hazırlanır.
Kafedrada 7 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:

-1 dosent, iqtisad elmləri namizədi;
-4 nəfər baş müəllim;
-2 assistent.

Kafedranın nəzdində ixtisaslaşdırılmış auditoriyalar fəaliyyət göstərir:

-dəniz astronomiyasının iqtisadiyyatı;
-yük daşıma.

1.7. «Tətbiqi mexanika» kafedrası.

Kafedrada 16 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:

-1 professor, texnika elmləri doktoru;
-9 dosent, texnika elmləri namizədi;
-2 nəfər baş müəllim;
-3 assistent.

Kafedranın tərkibində aşabıdakı laboratoriyalar və ixtisaslaşdırılmış auditoriyalar fəaliyyət göstərir.

-materiallar müqaviməti;
-maşın hissələri;
-ekologiya;
-maşın və mexanizmlər nəzəriyyəsi;
-hidravlika və hidropnevmatik qurğular.

1.8. «Humanitar fənlər» kafedrası.

Kafedrada 9 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:

-2 dosent, tarix elmləri namizədi;
-2 nəfər baş müəllim;
- 6 assistent.

Kafedranın tərkibində ixtisaslaşdırılmış «Azərbaycan tarixi» auditoriyası və Akademiyanın muzeyi var.

1.9. «Dəqiq elmlər» kafedrası.

Kafedrada 11 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:

-8 dosent, fizika-riyziyyat elmləri namizədi;
-3 assistent.

Kafedranın nəzdində müasir tələblərə cavab verən aşağıdakı laboratoriyalar var:

-fizika;
-kimya;
-kompüter mərkəzi.

1.10. «Dillər» kafedrası.

Azərbaycan Dövlət Dəniz Akademiyasında ingilis dilinin tədrisi iki mərhələdə 7 semestrdə aparılır. Birinci mərhələ 4 semestri əhatə edərək ingilis dilinin öyrənilməsinə həsr edilmişdir. Ikinci mərhələ isə 3 semestri əhatə edir ki, bu dövr ixtisas üzrə mətnlərin və terminlərin öyrənilməsini əhatə edir.

Kafedra müasir tələblərə cavab verən audio və vidio texnikası ilə təmin olunmuş linqafon kabinetinə malikdir.

Tədris prosesində kompüter tətbiqi proqramlarından, «Anqlomar», «Shiprout», «Dənizçilik lüğəti» istifadə olunur.
Kafedrada 9 nəfər professor-müəllim heyəti çalışır, o cümlədən:

-1 professor, filologiya elmləri doktoru;
-1 dosent, filologiya elmləri namizədi;
-5 assistent;
-2 müəllim.

2. Dənizçilərin hazırlanması və sertifikatlandırılması
mərkəzi.


Mərkəzdə aşağıdakı kurslarda dənizçilərin hazırlığı aparılır:

-qəza vəziyyəti, əməyin mühafizəsi, tibbi yardım və şəxsi yaşama üsulları;
-əmniyyətli idarəetmə beynəlxalq kod üzrə (ƏIBK);
-gəminin dayanıqlığının öyrənilməs;
-gəmi komanda heyəti üçün ixtisas artımı;
-müəyyən növ gəmilərin heyət hazırlığı;
-GMDSS üzrə II dərəcəli radioelektronçularin hazırlığı;
-SOLAS – 74/83;

Mərkəzdə aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

-yanğına qarşı mübarizə;
-əməyin mühafizəsi və şəxsi yaşama üsulları;
-su ilə mübarizə;
-tibbi yardım.

Tədris prosesində kompüter tətbiqi proqramlarından istifadə olunur:

«Fəlakətzamanı qlobal dəniz rabitə sistemi», «Gəmilərin toqquşmasının qarşısının alınmasının beynəlxalq qaydaları», «Heyət» (PDNV 79/95), «Tibb», «FURUNO».

3. Sıravi heyət mütəxəssisləri hazırlama şöbəsi
(Dənizçilik məktəbi).


Sıravi heyət mütəxəssisləri hazırlama şöbəsi Respublikanın dəniz müəssisələri beynəlxalq konvensiyasının DHSNÇ–78/95, A – II/4; A – III/4; A – V/1 bölmələri tələblərinə uyğun aşağıdakı ixtisaslar üzrə mütəxəssislərhazırlayır:

-növbətçi motros;
-növbətçi motorçu;
-növbətçi elektrik;
-maye-yanacaq daşıyan gəmidə (tanker) yükvuran matros;
-çilingər – gəmi təmirçisi;
-elktrik qaz qaynaqçısı.

Bütün ixtisaslar üzrə təhsil müddəti 7 – 10 aydır. Şöbə aşağıdakı tədris laboratoriya, kabinet və istehsalat emalatxanalarına malikdir:

-gəmi daxili yanma mühərrikləri;
-gəmi köməkçi mexanizmləri;
-elektrotexnikanın əsasları və gəminin elektrik avadanlığı;
-dəniz təcrübəsi;
-gəmi sürücülüyünün əsasları;
-gəmi quruluşu;
-əmək mühafizəsi
-linqafon kabineti;
-tədris – istehsalat emalatxanası.



 
Xəbərə linklər:
HTML :

BB-Code :

Link :

Oxşar xəbərlər:

  • Dillər kafedrası
  • Gəmiqayırma və gəmitəmiri kafedrası
  • Dənizçilərin Ixtisaslaşdırması və haz ...
  • Sıravi heyət mütəxəssisləri hazırlama &# ...
  • Gəmi sürücülüyü kafedrası
  •  

    Daxili axtarış sistemi

    Qarabağı unutma

    Unutma

     


    Ən baxIlan xəbərlər